Şirvan sakininlərindən külli miqdarda narkotik vasitələr götürülüb

  • SpaceTV
  • 29 İyun 2020 14:25

Şirvan Polis Şöbəsi (ŞPŞ) istintaq və cinayət axtarış bölməsi əməkdaşlarının keçirdikləri silsilə əməliyyat tədbirləri nəticəsində Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbə sakini, 1981-ci il təvəllüdlü Ramil Arif oğlu Şahbazovun evinin həyətindən xüsusi qulluq edilməklə kultivasiya yolu ilə yetişdirilən 107 ədəd çətənə kolu və 1 kiloqram 615 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Onun qardaşı, əvvəllər

məhkum olunan  1977-ci il təvəllüdlü Qurbanəli Arif oğlu Şahbazovun həyətinə baxış zamanı oradan  xüsusi qulluq edilməklə kultivasiya yolu ilə yetişdirilən 21 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində Şirvn şəhər Hacıqəhrəmanlı qəsəbə sakini, əvvəllər  məhkum olunan 1987-ci il təvəllüdlü  Elnur Vaqif oğlu Məmmədovun evinin həyətindən xüsusi qulluq edilməklə kultivasiya yolu ilə yetişdirilən 12 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Saxlanılan şəxslərə qarşı cinayyət məcəlləsinin müvafiq maddələri tətbiq edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Hər 3 faktla əlaqədar Şirvan polisi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Təyyar Nəsirli space tv

Paylaş

 Xəbəriniz olsun