Şirvan sakininin avtomobilindən 2 kq heroin tapıldı.

  • Space TV
  • 1 May 2020 14:40

Narkotiklərin dövriyyəsində şübhəli bilinən Şirvan şəhər sakinləri Hakim Manafov və əvvəllər məhkum olunmuş Elvin Quliyev və Mahir Abbasov saxlanılıb. Belə ki, Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində Mahir Abbasovun idarə etdiyi və digərlərinin də içində olduğu “VAZ 2106” markalı avtomobilə baxış keçirilib. Bu zaman 2 kiloqram narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Həmin şəxslərin narkotik vasitəni İran vətəndaşı “Əli” adlı şəxsin köməkliyi ilə qaçaqmal yolu ilə ölkə ərazisinə keçirdikləri müəyyən edilib. Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun