Şirvan sakinindən silah və narkotik götürülüb.

  • Space TV
  • 31 Mart 2020 15:04

Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şirvan sakini, 49 yaşlı Yadigar Hümbətov şübhəli şəxs qismində saxlanılıb. Polis şöbəsinə gətirilən Yadigar Hümbətovun üzərinə şəxsi axtarış keçirilib.

Narkotik vasitələr və pnevmatik tapança maddi sübut kimi götürülərək istintaq şöbəsinə təhvil verilib. Qeyd edək ki, Yadigar Hümbətov əvvəllər “İctimaiyyətin səsi və Ekologiya” qəzetinin bölgə müxbiri kimi fəaliyyət göstərib. 

Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun