Şirvan şəhərində müvəqqəti məskunlaşan məcburi köçkün ailələrinə 9 mərtəbədən ibarət 13 yaşayış binasında mənzillər verilib

  • Space TV
  • 28 Dekabr 2019 10:31

Şirvan şəhərinin “Kənd evləri” adlanan yaşayış massivinin yaxınlığında məcburi köçkünlər üçün salınan yeni qəsəbənin tikintisinə bu il yanvarın əvvəlindən başlanılıb. Bunun üçün həmin ərazidə 10 hektar torpaq sahəsi ayrılıb. 17 podratçı təşkilatın işlədiyi qəsəbədə iki blokdan ibarət olan 12, bir blokdan ibarət olan 1 yaşayış binasının tikintisi aparılıb. 9 mərtəbəli yaşayış binasının 12-si 54 mənzilli, 1-i isə 37 mənzilldən ibarətdir. Artıq Yeni il ərəfəsində həmin yaşayış binalardakı mənzillər məçburi köçkün ailələrinə püşkatma yolu ilə verilib.

Qəsəbədəki mənzillərdən 64-ü birotaqlı, 298-i ikiotaqlı, 207-i üçotaqlı, 53-ü dördotaqlıdır. Bundan başqa, yaşayış kompleksində 540 şagird yerlik məktəb, 140 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, ATS binası tikilib o cümlədən müvafiq mühəndis kommunikasiya şəbəkələri yaradılıb, abadlıq və yaşıllaşdırma işləri görülüb.

Kompleksin elektrik təchizatını təmin etmək məqsədi ilə mövcud “Cənub” yarımstansiyasının 110 və 35 kV-luq Açıq Paylayıcı Qurğularında 110-35 kV-luq avadanlıqlar dəyişdirilməklə yenidənqurma işləri aparılıb.İçməli su təchizatı şəbəkəsi yaradılıb, Ərazidə sahədaxili içməli  1.977 km su şəbəkəsi tikilib və 5 ədəd yanğın hidrantları quraşdırılıb. Sahədaxili və xarici kanalizasiya şəbəkəsi qurulub.Yaşılaşdırma sahələrinin suvarılması üçün 1 ədəd su anbarı, nasosxana tikilib. Qəsəbəyə qaz xətti çəkilib, qazanxana üçün 1 ədəd qaztənzimləyici məntəqə quraşdırılıb, istilik təchizatı üçün yeraltı beton kanal quraşdırılıb. Ərazidəyə rabitə xətti çəkilib, abadlıq işləri görülüb, 3,8 km uzunluğunda  məhəllədaxili yollar tikilib, 0,97 km uzunluğunda yağış kanalizasiyası, 7 ədəd sanitariya-təmizləmə meydançası tikilib və 2.4 hektar ərazidə yaşıllaşdırma işləri aparılıb.

Qeyd edək ki, Şirvan şəhərində Zəngilan, Füzuli, Cəbrayıl və Ağdamdan olan 685 məcburi köçkün ailəsi müxtəlif təyinatlı 61 binada müvəqqəti məskulaşıb. Yeni il ərəfəsində hər bir ailə yeni ili yeni mənzillrdə qaşılayacaq.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun