Şirvan polisi şəhər sakinindən küllü miqdarda narkotik vasitələr aşkar edərək götürüb.

  • SpaceTV
  • 24 Yanvar 2020 16:15

Narkotiklərin qanunsuz dövriyyəsi iləbağlı daxil olmuş məlumat əsasında Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Keçirimiş əməliyyat tədbirləri nəticəsində Şirvan şəhər sakini Aftandil Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd bükümdə  ümumi çəkisi 80,184 qram psixotrop maddə metanfetamin və 1 ədəd bükümdə ümumi çəkisi 104,718 qram olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan Şəhət Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.

Təyyar Nəsirli SPACE TV      

Paylaş

 Xəbəriniz olsun