Şirvan polisi narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 7 nəfər saxlayıb.

  • SpaceTV
  • 18 May 2020 15:16

Şirvan şəhər polis şöbəsi əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyat tədbirini davam edir. Belə növbəti əməliyyat tədbirləri nəticəsində Şirvan sakinləri, 48 yaşlı Fikrət Abdullalı, 52 yaşlı Fəxrəddin Novruzov, 31 yaşlı Firuzə Hüseynova, 23 yaşlı Kamran Əlizadə, 22 yaşlı Həsənağa Şahmuradov, 23 yaşlı Vüsal Məmmədov və 52 yaşlı Əliyar hüseynov şübhəli şəxs qismində saxlanılıb. Şəxsi baxış zamanı onların üzərindən müxtəlif növ narkotik vasitələr olan, şəxsi istehlak miqdarından artıq çəkidə heroin, tiryək və qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Qeyd edək ki, saxlanılan şəxslərdən iki nəfər-Fikrət Abdullalı və Fəxrəddin Novruzov əvvəllər də məhkumluq həyatını yaşayıb.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun