Şirvan polisi əvvəllər məhkum olunan narkotacir saxlayıb

  • SpaceTV
  • 21 May 2020 15:55

Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfidən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlara qaşı silsilə əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bu dəfə keçirilən əməliyyt-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Şirvan sakini, 35 yaşlı İbrahim Mirzəyev şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı Energetik küçəsi, ev 339 ünvanına baxış keçirilən zaman ordan 29 qram narkotik vasitə olan heroin, bir neçə bükümdə ümumi çəkisi 32,24 qram psixotrop maddə olan metamfetamin və üzərində narkotik vasitənin izi olan bir ədəd elektron tərəzi  aşkar edilərək götürülüb.

İlkin dindirilmə amanı İbrahim Mirzəyev törətdiyi cinayəti etirav edib. Bununla bağlı Şirvan Şəhər polis şöbəsində araşdırmalar davam edir.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun