Şirkət gözətçisi qətlə yetirildi. İki qardaş saxlanıldı

  • SpaceTV
  • 5 Oktyabr 2019 14:04

        Hadisə sentyabr ayının 28-də baş verib. Bakı şəhər sakini Bağır Piriyevin xəsarətlə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə məlumat daxil olub.Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə Bağır Piriyevin həmin gün saat 11 radələrində nəzarətçi işlədiyi MMC-lərdən birinə məxsus bağda Bakı şəhər sakinləri Ramil Ağayev və qardaşı Kənan Ağayev tərəfindən münaqişə zəminində döyülməsi müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən  hər 2 şəxs saxlanılıb. İlkin araşdırma zamanı müəyyən edilib ki, hər iki qardaş hadisə baş verən gün mərhumun işlədiyi MMC-nin ərazisindən zeytun toplamaq istəyiblər. Bu zaman qardaşlar və MMC-nin mühafizəçiləri arasında əlbəyaxa dava baş verib. Bağır Piriyev də dava zamanı alıdığı xəsarətlərdən daha sonra müraciət etdiyi  xəstəxanada dünyasını dəyişib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

HÜRÜ ƏLİYEVA SPACE TV

Paylaş

 Xəbəriniz olsun