Siqaretin qiyməti qalxdı – Mağazalar “limit”lə satır

  • SpaceTV
  • 27 Yanvar 2020 13:38

Bəzi köşklər siqaretin qiymətini bahalaşdırıb.

SPACE TV xəbər verir ki, həmin köşklər qiyməti 2 manata qədər olan siqaretləri 10 qəpik, 2 manatdan yuxarı olanları isə 20 qəpik baha satır.

Bir sıra satış nöqtələrində isə siqaret əvvəlki qiymətə olsa da, “limit”lə satılır. Belə ki, alıcılara 2 qutudan artıq verilmir.

Apardığımız araşdırma zamanı bəlli olub ki, bu, siqaretlərin yaxın günlərdə bahalaşacağı barədə xəbərlərlə əlaqədardır. Həmçinin, topdansatış məntəqələri də pərakəndə satış obyektləri üçün limit tətbiq edib.

Paylaş

 Xəbəriniz olsun