Siqaret çəkən futbolçular Azərbaycan millisinin heyətindən qovuldu

  • Space TV
  • 20 Yanvar 2020 15:11

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-19) iki futbolçusu yığmadan qovulub.

SPACE TV xəbər verir ki, Elnur Hüseynov (“Neftçi”, qapıçı) və Vüsal Şabanov (“Zaqatala”, qapıçı) nizam-intizam qaydalarını pozduqlarına görə komandanın heyətindən kənarlaşdırılıb.

Onların siqaret çəkdikləri aşkarlanıb.

Qeyd edək ki, AFFA hər iki futbolçunun intizamsız davranışı barədə məxsus olduqları klublara məlumat göndərib.

Xatırladaq ki, ötən il U-19 millimizin bir neçə futbolçusu Çexiyada hoteldə siqaret çəkmiş və bununla bağlı həmin oyunçular oktyabrda cərimələnmişdilər.

Paylaş

 Xəbəriniz olsun