Şimali Koreyadan olan hakerlər altı ilə 1.3 milyard dollar oğurlayıb

  • Space TV
  • 19 Fevral 2021 10:13

ABŞ prokurorluğu Şimali Koreyanın üç vətəndaşını kibercinayətlərdə və dünya üzrə müxtəlif banklardan 1,3 milyard dollardan çox pul oğurlamaqda ittiham edib.

Bu barədə CNN məlumat yayıb.

Telekanal qeyd edir ki, hərbi kəşfiyyatla əlaqəli hakerlər 2014-2020-ci illərdə xüsusi əməliyyatlar keçiriblər. Hakerlər mürəkkəb texnologiyaların tətbiqi ilə kinostudiyalara və kriptovalyuta treyderlərinə hücumlar ediblər.

Paylaş

 Xəbəriniz olsun