Şimali Koreya yeni ballistik raketlərini təqdim etdi

  • Space TV
  • 15 Yanvar 2021 11:13

Pxenyanda keçirilən Əmək Partiyasının səkkizinci qurultayına həsr olunmuş hərbi paradda Şimali Koreyanın yeni ballistik raketləri təqdim olunub.

Bu barədə Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Parad Şimali Koreya lideri Kim Çen Inın iştirakı ilə keçirilib.

Şimali Koreya tərəfi sualtı qayıqlarda istifadə olunacaq raketi dünyanın ən güclü silahı adlandırıb.

Paylaş

 Xəbəriniz olsun