Şimali Koreya səfiri Cənubi Koreyaya qaçdı

  • Space TV
  • 25 Yanvar 2021 15:34

Koreya Xalq Demokratik Respublikasının Küveytdəki səfirinin səlahiyyətlərini icra edən Ryu Hen U Cənubi Koreyaya qaçıb.

Spacetv.az xəbər veirr ki, bu barədə “Renhap” agentliyi məlumat yayıb. Məlumata əsasən, qaçaq diplomat 2017-ci ildə BMT-nin məlum qətnaməsinin qəbul edilməsindən sonra Küveytdən xaric olunan səfir So Çxan Sinin səlahiyyətlərini icra edirdi.

Ryu Hen U ailəsi ilə birlikdə Cənubi Koreya ərazisinə daxil olub. Onun bu addımı uşaqlarının gələcəyi üçün atdığı bildirilir.   

Şimali Koreya Milli Kəşfiyyat İdarəsi diplomatın qaçışını şərh etməkdən imtina edib.

Paylaş

 Xəbəriniz olsun