Şimal-qərb bölgəsində una təlabat artıb

  • SpaceTV
  • 4 May 2020 10:23

Ölkəmizdə karantin rejimi elan olunanda təlaşa düşənlər kifayət qədər idi. Hətta unla bağlı qıtlığın yaşanacağını da deyənlər az deyildi. Daha sonra bu ifadələr öz təsdiqini tapmadı. İlk olaraq bəlli oldu ki, Azərbaycan 90-cı  illərin  əvvəlindəki Azərbaycan deyil. Ölkə başçısının apardığı iqtisadi islahatlatlar nəticəsində Azərbaycanın taxıla olan təlabatı tam təmin olunur. Taxıl istehsalı artmaqla yanaşı, ölkənin bütün bölgələrində nəhəng, müasir istehsal gücü gün ərzində 250 ton olan un emalı dəyirmanları işləyir.

Bəs təlaşə səbəb nə olub? Sirr deyil ki , azərbaycanlılar Avropada ən çox çörək yeyən xalqdır. Çünki, çörək azərbaycanlıların qida rasionunda birinci yerdə dayanır. Rəsmi statistikaya əsasən, bir azərbaycanlı gün ərzində təxminən 350 – 500 qram çörək yeyir. Bizdən sonra türklər, sonra isə bolqarlar gəlir. Karantin rejimi daha bir maraqlı faktı ortaya çıxarıb.

İnsanlarımız bu günlərdə qənaət rejiminə keçdiyi və bayıra daha az çıxdıqları üçün çörək məsələsində də buna riayət edirlər. Evdar qadınlar çörək bişirməyi, mağazadan çörəyi almaqdan üstün tutur. Bunu həmdə onların öz sağlamlıqları üçün də vacib hesab edirlər. 78 yaşlı Səlamət nənə kimi..

Əvvəllər yalnız bişmə və şirniyyat bişirən xanımlar, özlərini bu sahədədə sınadılar. Həmdə çörək bişirmək özü də xoş bir prosesidir. Xəmir yoğurmaq, kündə tutmaq qadın əllərinə çox yaraşır. Təzə çörək ətri isə həmişə  bolluq və bayram ətri olub.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun