Şimal-qərb bölgəsində tütün yığımına artıq start verilib

  • Space TV
  • 28 İyul 2020 17:01

Tütün qəbulu və quru tütün istehsalı ötən illə müqayisədə xeyli artıb. Bu günədək fermerlərdən 110 tondan çox yaş tütün kütləsi qəbul edilib ki, qəbul edilən tütün məntəqədə bir-neçə prosesdən keçdikdən sonra emal olunur. Bu il ərzində Qax rayonunda 283 hektardan çox sahədə, 2 növ olmaqla tütün əkilib.

Məntəqədən bildirildi ki, tütünqurutma kameralarının hamısı işlək vəziyyətdədir. Fermerlər bu il əkin sahələrini daha da genişləndiriblər. Hazırda tütünün birinci mərhələsini yığan tütünçülər sahələrdən bol məhsul gözləyirlər. Fermerlərin gətirdikləri tütün kütləsi elə məntəqədə keyfiyətinə görə sortlara ayrılır. Bu işdə isə təcrübəli işçi qadınlar çalışır.

Qeyd edək ki, aprel ayında sahələrə köçürülən tütün ştillərinin on gündür ki, dəriminə başlanılıb. Tütün yığımı noyabr-dekabr aylarına qədər davam edəcək…

İlkin Piranov Space TV

Paylaş

 Xəbəriniz olsun