Şimal-qərb bölgəsində seçkiyə hazırlıq

  • SpaceTV
  • 17 Oktyabr 2019 19:50

Mərkəzi Seçki Komissiyasının təşkil etdiyi seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar 112 saylı Qax dairə seçki komissiyası və 114 saylı Şəki kənd birinci dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün də keçirilib.

Keçirilən kursda 112 saylı Qax seçki dairəsi seçki komissiyasının sədri Abdukərim Əliyev seçici siyahıları ilə işin aparılması, seçki qabağı təşviqata şəraitin yaradılması, bildirişlərin seçicilərə çatdırılması sahəsində yerli icra və bələdiyyə qurumlarının rolu, onların komissiyalar ilə səmərəli əlaqələrinin qurulması, eləcə də məntəqə seçki komissiyalarının hüquq və vəzifələri barədə danışıb.

Üç günlük ixtisaslaşmış kurs 114 saylı Şəki kənd birinci seçki dairəsində də yekunlaşıb.Vurğulanıb ki, seçkilərdə iştirak qaydalarının pozulması,o cümlədən namizədlərin, partiyaların, siyasi blokların seçki kampaniyalarına müdaxilə etməsi və onu pozması və digər bu kimi amillər də cinayət tərkibi yaradır.Tədbirdə Seçki Məcəlləsinin müddəaları da təhlil edilib.

Qeyd edək ki, 112 saylı Qax seçki dairəsi üzrə 59 seçki məntəqəsi təşkil olunub.114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə isə 43 seçki məntəsi fəaliyyət göstərəcək.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun