Şimal-qərb bölgəsində İcbari tibbi sığortanın tədbiqinə başlanılıb

  • Space TV
  • 9 Yanvar 2020 13:07

Yanvarın 1-dən icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək tibb müəssisələrində yeni infrastruktur yaradılıb.Oğuz rayon Mərkəzi Xəstəxanasında xidmətin elektronlaşdırılması istiqamətində işlər tamamlanıb və vətəndaşlar 2020-ci ilin ilk günündən etibarən icbari tibbi sığortadan yararlanırlar.Xəstəxanaya müyinəyə gələn vətəndaşlara gedəcəkləri həkimlərlə bağlı istiqamət verilir və onlar müayinələrə cəlb olunur.

Bəli sistemin işə başlaması ilə bərabər artıq Oğuz şəhəri və rayonun bütün kəndlərindən vətəndaşlar rayon xəstəxanasına müxtəlif xəstəliklərlə bağlı müraciət etməyə başlayıblar.İlk günlərdə insanların sıxlığını müşahidə etmək mümkündür.

Bu günə kimi müayinələrdən sonra 6 nəfər stasionar müalicəyə cəlb olunub.Onlardan 3-ü uşaq şöbəsində,2 nəfər reanimasiyada,1 nəfər isə cərrahiyyə şöbəsində müalicə olunur.Qeyd edək ki,icbari tibbi sığortanın tətbiq olunduğu xəstəxanalara gələn vətəndaşlar mütləq özləri ilə birlikdə şəxsiyyətlərini təsdiq edən sənədləri gətirərək qeydiyyat keçməlidirlər.Daha sonra isə onlar müayinələrə cəlb oluna bilərlər.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun