Şimal-qərb bölgəsində bir-neçə gündür davam edən yağışlar bəzi fəsadlara səbəb olub.

  • SpaceTV
  • 11 May 2020 13:47

Şəhərin müxtəlif küçələrində ağaclar aşıb, budaqlar və elektrik naqilləri qırılıb, bəzi vətəndaşlara məxsus evin dam örtüyü zədələnib. Mirzə Fətəli Axundov küçəsində aşan ağaclardan biri yolu bağlayıb və nəqliyyatın hərəkətinə maneə yaradıb.  Digər hadisə də elə Mirzə Fətəli Axundov küçəsində şəhərin mərkəzi hissəsində qeydə alınıb. Burada da ağacın böyük bir budağı aşaraq elektirk naqilinə ilişib. Ərazidə təhlükəli vəziyyət yaranıb. Çələbi Xan küçəsində də yağış bir neçə ağacın budağını qıraraq yola töküb. Küçədə yaşayan Abdullayevlər ailəsinin həyətindəki çinarın bir budağı aşaraq qarajın üstünə düşüb və evin dam örtüyünü də zədələyib. Həmçinin elektrik naqilləri sıradan çıxıb. Oxşar vəziyyət şəhərin 20 Yanvar küçəsində 81 yaşlı Gülxar Ərəbovanın yaşadığı evdə də  qeydə alınıb.

Fəsadlar tez bir zamanda aidiyyatı qurumlar tərəfindən aradan qaldırılıb.

İlkin Piranov Space TV

Paylaş

 Xəbəriniz olsun