Şimal-qərb bölgəsində 9 fevral – Milli Məclisə seçkilərlə əlaqədar məntəqə seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi üçün treninqlər davam edir.

  • Space TV
  • 30 Yanvar 2020 16:25

Mərkəzi Seçki Komissiyasının treninq qrupunun təqdim etdiyi cədvələ əsasən kiçik qruplarla 114 saylı Şəki kənd birinci seçki dairəsində treninqlər davam edir.Dairə Seçki Komissiyasının sədri Məharət Məmmədov seçkilərə hazırlıq, seçkilərin keçirilməsi, məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili barədə ətraflı danışıb.O,bildirib ki, treninqlər məntəqə seçki komissiyaları üzvlərinin bilik, bacarıq və peşəkar vərdişlərinin gücləndirilməsində mühüm rol oynayır.

112 saylı Qax Seçki Dairəsində də məşğələlər zamanı iştirakçılara məntəqə seçki komissiyası üzvlərinin rol və vəzifələri, seçki günü prosesləri və müstəsna hallar, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması və yekun protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumat və tövsiyələr verilib, komissiya üzvlərinin sualları cavablandırılıb.

Treninqlər zamanı səslərin hesablanması və yekun protokolun doldurulması mövzularında təqdimatlar edilib, müzakirələr aparılıb və meydana çıxan suallar cavablandırılıb.Həmçinin səsvermə proseslərinə dair praktiki tapşırıqlar da icra edilib.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun