Şimal-qərb bölgəsində ənənəvi kənd təsərrüfatı sahələrindən olan fındıqçılığa maraq artıb

  • Space TV
  • 11 Mart 2020 15:53

Yeni fındıq bağı rayonun Qaşqaçay kəndi yaxınlığında salınıb.Fındıq kolları əkilən 230 hektarlıq ərazi kol-kosdan təmizlənərək əkin üçün yararlı vəziyyətə gətirilib.

Əkin üçün dövlətin ayırdığı güzəştli kreditlərdən istifadə olunan fındıq bağında bitişin yüksək səviyyədə aparılması üçün bütün aqrotexniki qaydalara riayət edilir. Yay aylarında quraqlığın qarşısının alınması üçün isə, damla suvarma sistemi quraşdırılıb.

Onlarla işçi qüvvəsinin çalışdığı ərazidə onminlərlə fındıq kolları əkilib. İşçilərin böyük hissəsi yaxın Qaşqaçay kəndinin sakinləridir.

Fındıq yığımı zamanı  daha çox sayda kənd sakinlərinin işlə təmin olunması gözlənilir.

İlkin Piranov  SPACE TV

Paylaş

 Xəbəriniz olsun