“Şimal” elektrik stansiyası işə düşdü

  • SpaceTV
  • 9 Sentyabr 2019 12:57

“Şimal” elektrik stansiyası regionun ən müasir elektrik stansiyasıdır.

Stansiyada ildə 3,2 milyard kilovat/saat elektrik enerjisi istehsal ediləcək və hər 1 kilovat/saat elektrik enerjinin buraxılışına 214 qram şərti yanacaq sərf olunacaq ki, bu da enerji sisteminin ümumi göstəricisindən 65 qram azdır. Bu isə milyonlarla manata qənaət deməkdir.Bu barədə jurnalistlərə “Şimal” ES-in direktoru Asəf İsmayılov məlumat verib.  400 meqavat gücündəki “Şimal-2” elektrik stansiyasının əsas komponentlərinə qaz və buxar turbinləri, generator daxildir.

Bununla yanaşı ərazidə 5 min və 3 min kubmetrlik su çəni, məişət-maye axıntılarının və axıntı suların təmizləyici qurğuları da inşa edilib.    

“Şimal-2″ Elektrik Stansiyasında soyuducu dəniz suyu sahil nasosxanasına sakitləşdirici kanal vasitəsi ilə daxil olur. “Şimal-2” layihəsi ilə əlaqədar yeni su hazırlayıcı qurğu da istismara verilib.Qurğu dənizdən götürülən suyu süzgəclərdən keçirdərək həm də texniki və içməli su keyfiyyətinə çatdırır.Ən müasir üslubda inşa edilən idarəetmə binası vasitəsilə hər iki elektrik stansiyası mərkəzləşdirilmiş qaydada avtomatik idarə edilir.”Şimal-1” və “Şimal-2” elektrik stansiyaları paralel olaraq istismar ediləndə daha stabil və qənaətcil olur.

Qeyd edək ki, “Şimal-1” və “Şimal-2” elektrik stansiyaları üzrə ümumilikdə il ərzində 5,7 milyard kilovat saat elektrik enerjisi istehsalı nəzərdə tutulub.

Nərgiz Ərəstunqızı Samir Göylərli – Space

Paylaş

 Xəbəriniz olsun