Şimal bölgəsinə qar yağıb: Temperatur mənfi 11 dərəcə

  • SpaceTV
  • 11 Yanvar 2020 10:51

Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti dəyişib.

SPACE TV xəbər verir ki, bölgənin bəzi yaşayış məntəqələrinə qar yağıb. Qubanın Xınalıq və Qrız kəndlərində qarın hündürlüyü 5 sm, Qusarın Ləzə kəndində isə 8 sm-ə çatıb. Ən aşağı temperatur isə Qubanın Qrız kəndində qeydə alınıb. Burda temperatur mənfi 11,8 dərəcəyədək enib.

Paylaş

 Xəbəriniz olsun