Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakinləri Rəşid Məlikov və Nəsib Əmirxanov tutulublar. Onların ətraflarında keçirilən istintaq-əməliyyat tədbirləri zamanı müəyyən edilib ki, dəstə üzvləri mənzillərdən əsasən kondisioner, kombi aparatları, eləcə də digər məişət əşyaları oğurlayıblar. Oğurladıqları əşyalar isə sonradan hər iki şəxs tərəfindən dəyər-dəyməzinə satılıb.
Faktla bağlı hər iki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq əməliyyat tədbirləri davam etdirilir.
HÜRÜ ƏLİYEVA SPACE TV