Silsilə oğurluq edən şəxs saxlanılıb

  • SpaceTV
  • 16 Noyabr 2019 17:01

Noyabr ayında bir qrup rayon sakini Yevlax RPŞ-yə ərizə ilə müraciət edərək onlara məxsus evlərdən oğurluq edilməsi barədə məlumat veriblər. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq işlər görülüb. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 3 evdən oğurluq etməkdə şübhəli bilinən Yevlax rayon sakini Alim Abdullayev saxlanılıb. Araşdırmalarla onun evlərdən 2000 manata yaxın ev əşyaları, ev quşları və nəğd pul oğurladığı müəyyən olunub. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Yevlax RPŞ-də cinayəti işi başlanılıb, araşdırma aparılır.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun