Silahlı şəxslər təyyarəni qaçırıblar

  • Space TV
  • 26 Noyabr 2019 14:07

Papua Yeni Qvineya adalarından birində 8 silahlı şəxs “Tropicair” aviaşirkətinə məxsus təyyarəni qaçırıb.

SPACE TV  xəbər verir ki, insident təyyarənin yanacaqla doldurulduğu Yeni Britaniya adasının cənubundakı Qasmat hava limanında baş verib.

Aviadaşıyıcının məlumatına görə, silahlı şəxslər təyyarəni ələ keçirdikdən sonra pilotu göyərtədə sərnişin olmadan istifadə edilməyən aerodroma uçmağa məcbur ediblər.

“Hava limanına çatdıqdan sonra silahlı şəxslər təyyarədə olan baqaj və yükləri oğurlayaraq qaçıblar”, – aviaşirkət rəsmisi bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində kapitan xəsarət almayıb, təyyarəyə zərər dəyməyib.

Paylaş

 Xəbəriniz olsun