Silahlı Qüvvələrə Yardım Fondunda əlavə hesablar açılıb

  • Space TV
  • 12 Oktyabr 2020 17:18

Azərbaycan Ordusuna maliyyə dəstəyinin göstərilməsi ilə bağlı xaricdə yaşayan həmvətənlərimiz tərəfindən Müdafiə Nazirliyinə daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq Silahlı Qüvvələrə Yardım Fondunun Beynəlxalq bankda mövcud olan Bank hesablarında Türk lirəsi və Böyük Britaniya funt sterlinqi hesabları da əlavə olunub.

Bu barədə Spacetv.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Paylaş

 Xəbəriniz olsun