Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb

  • SpaceTV
  • 2 Sentyabr 2019 10:47

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Space TV-yə verilən məlumata görə, cari il sentyabrın 1-dək fonda 102.500.283,98 AZN, 213.577,88 ABŞ dolları, 17.266,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli fərmanı ilə yaradılıb.

Paylaş

 Xəbəriniz olsun