Silah sursat aşkarlanıb

  • SpaceTV
  • 27 Avqust 2019 11:59

Space TV yazır ki, Ağstafa rayon Poylu qəsəbəsi ərazisində silah-sursat aşkarlanıb. Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Məlumata görə, ötən gün Ağstafa Rayon sakini DİN-in “102” Xidməti – Zəng mərkəzi Sisteminə zəng edərək bildirib ki, rayonun Poylu qəsəbəsi ərazisində silah-sursat aşkarlayıb. Faktla bağlı dərhal Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları və ANAMA-nın çevik əməliyyat qrupu hadisə yerinə gələrək baxış keçirib və aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd “TOZ 8” markalı tüfəng, 1 ədəd “TİR” tapançası, 1887 ədəd patron və 4 ədəd avtomat darağı , 2 ədəd “F-1” əl qumbarası və 3 ədəd partladıcı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Əl qumbaralarının tapıldığı yerin ətrafında 100 m2 əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun