Silah alverçisi tutulub

  • SpaceTV
  • 16 Avqust 2019 12:44

Space.TV –Xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın ən böyük silah alverçilərindən biri Jak Mesye Belçika, Portuqaliya və Fransanın Hüquq-mühafizə orqanlarının birgə əməliyyatı zamanı Portuqaliyanın Evora şəhərində yaxalanıb.

Belçikada “Marşal” və ya “Lis” ləqəbləri ilə məşhur olan Jak Mesye daha əvvəl avtomat silahların, zirehli texnikanın, vertolyotların və münaqişələrdə istifadə edilən digər silahların, həmçinin Liviyaya, Çada, Pakistana və İrana silahların tədarükünə görə 4 il azadlıqdan məhrum edilib.

O, hökmün çıxarılmasından sonra Portuqaliyada gizlənib. Belçika barəsində ittiham hökmü çıxardığı Mesyenin təhvil verilməsini tələb edir. Bu gün silah taciri Portuqaliyada məhkəmə qarşısına çıxarılacaq. Jak Mesye təxminən on il əvvəl ABŞ-da və Fransada analoji cinayətlərə görə ittiham edilib. Lakin o, son 35 il ərzində heç bir silahlı konfliktdə iştirak etməyib. Jak Mesye 1980-ci illərdə İraqa qarşı müharibə zamanı İranı silahla təchiz edib.

Qeyd edilir ki, silah alverçisi Belçika məhəkəməsindən qaçaraq Portuqaliyada gizlənib. Onu Belçika məhkəməsinin sorğusu, beynəlxalq həbs orderi əsasında saxlayıblar.

Paylaş

 Xəbəriniz olsun