Sikkələrədən ibarət xəzinə tapıldı

  • SpaceTV
  • 28 Avqust 2019 12:43

İngiltərənin cənub-qərbindəki Somerset qraflığında XI əsrə aid 5 milyon funt sterlinq dəyərində sikkələrdən ibarət xəzinə aşkarlanıb. Bu xəzinənin 2009-cu ildə Birminqam yaxınlığında tapılmış, qızıl və gümüş zinət əşyalarından ibarət məşhur Staffordşir xəzinəsindən 1 milyon funt daha bahalı olduğu müəyyənləşdirib.

İngiltərənin son anqlosaks kralı İkinci Harald Qodvinsonun dövründə yəni, 1022-1066) cı illərdə  zərb olunduğu bildirilən və yaxşı vəziyyətdə olan, hərəsi 1000-5000 funt məbləğində dəyərləndirilən sikkələri bir ər-arvad cütlüyü ferma ərazisində xüsusi cihazlar vasitəsilə taparaq polisə məlumat verib, sonra da qiymətləndirilməsi üçün Britaniya Muzeyinə göndəriblər. Ekspertlərin fikrincə, belə bir xəzinə kral olmasa da, hər halda yüksək zümrədən olan zadəganlardan birinə məxsus ola bilərdi. “Pulların sahibi öldüyünə görə daşıya bilməyib” – deyən numizmatika eksperti Naycel Mills xəzinənin 1066-1072-ci illər arasında gömüldüyünü güman edib. Bu xəzinənin 2009-cu ildə Birminqam yaxınlığında tapılmış, qızıl və gümüş zinət əşyalarından ibarət məşhur Staffordşir xəzinəsindən 1 milyon funt daha bahalı olduğu müəyyənləşib.

Paylaş

 Xəbəriniz olsun