Sığorta mədəniyyəti – VİDEO

  • Space TV
  • 17 Dekabr 2019 14:36

Bakıda mənzilin birinin sığortalanması illik 50 manat, digər böyük şəhərlərdə illik 40 manat, rayonlarda isə illik 30 manatdır. Bakıda 50 manatın müqabilində maksimum 25 min manatlıq sığorta ödənişi ola bilər. Böyük şəhərlərdə 40 manatın müqabilində maksimum 20 min manat, rayonlarda isə 30 manatın müqabilində maksimum 15 min manat sığorta ödənişi ola bilər.

Elektrik naqillərində baş verən qısa qapanma, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, otaqlardan daxil olan su nəticəsində sizin mənzilinizin təmiri korlanıbsa, sığorta şirkəti bunu təmir edir.

Sakinlərin bu nömrələrlə əlaqə saxlamaqdan çəkinmələrinin səbəbi isə hər hansı dələduzluq faktı ilə qarşılaşacaqlarını fikirləşmələridir. Eksperlər isə bildirir ki, bu narahatlıq əsassızdır. Çünki bu bildirişlərin üzərində icbari sığortalar haqqında qanun, və bu qanun pozulduğu halda  inzibati xətalar məcəlləsindəki cəzası öz əksini tapır. Orada yazılan əlaqə nömrəsi ilə yox özünüz seçdiyiniz başqa sığorta şirkəti vasitəsi ilə də mənzilinizi sığortalaya bilərsiniz.

Qeyd edək ki,evini sığorta etdirməyənləri 30 manat cərimə gözləyir. Cərimə olunan şəxs 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Əks halda bu cərimə yenilənəcək.

Baş verə biləcək hadisələrdən heç kim və heç nə sığortalanmayıb. Elə buna görə də biz, ehtiyyat igidin yaraşığıdır deyib, mənzillərimizi və digər mülklərimizi sığortalayaq.  Sığorta özü də bir mədəniyyətdir. Hər kəsin qarşısında duran zəruri mədəniyyət.

Orxan Şükür SPACE TV

Paylaş

 Xəbəriniz olsun