Şeytanla cinsi əlaqəyə girən qadının üzü ortaya çıxdı

  • SpaceTV
  • 4 Noyabr 2019 11:23

Şotlandiyada 300 il əvəl yaşamış, şeytanla cinsi əlaqəyə girdiyini dedikdən sonra həbs edilən və orada ölən Liliad Edi adlı qadınən üzü alimlər tərəfindən rəqəmsal olaraq 3 ölçülü olaraq canlandırılıb.

SPACE TV xarici mediaya istinadən xəbər verir ki, 1704-cü ildə həbsxanada ölən bu qadının cadügər olduğu iddia edilmiş və cəsədinin məzardan çıxmasından qorxduqları üçün xalq tərəfindən cəsəd Şotlandiyada bir daşın altına basdırılmışdı. Cəsədin qalıntıları 1854-cü ildə bir qrup ovçu tərəfindən tapılmış, muzeyə verilmişdi.

Cəsədin kəllə sümüyü olmadığından onun necə üzə sahib olduğu bilinmirdi. Onun kəlləsinin fotolarından istifadə edən mütəxəssislər bu sayədə onun rəqəmsal modelini yarada biliblər. Mütəxəssislər onun üzünün gözlədiklərindən daha “mehriban” olduğunu qeyd ediblər.

Paylaş

 Xəbəriniz olsun