Sevindirici xəbər: Avropada ilk dəfə bir ölkə virusu nəzarət altına ala bildi

  • SpaceTV
  • 7 Aprel 2020 15:12

Norveç Səhiyyə Naziri Bent Hoye ölkədəki Covid-19 virusunu nəzarət altına aldıqlarını açıqlayıb.

SPACE TV xəbər verir ki, Hoye keçirdiyi mətbuat konfransında sərt tədbirlər almayacaqları təqdirdə Avropanın digər ölkələrindəki vəziyyətə düşəcəklərini bildirib. Yeni statistikaya görə Norveçdə koronavirusa yoluxma halının artmadığını vurğuluyan nazir virus səbəbindən xəstəxanada müalicə alanların sayının da yaxın günlərdə azalacağını deyib.

Qeyd edək ki, Norveç Skandinaviyada ən çox koronavirus testi keçirən ölkə idi. Burada 111 min 299 nəfər testdən keçirilib. Ölkədə 5 min 755 şəxsdə virus aşkarlanıb, 59 nəfər isə həyatını itirib.

Paylaş

 Xəbəriniz olsun