Sevil Əliyeva: “Qardaşım – Azərbaycan Prezidenti İlham Əliyevə minnətdaram”

  • Space TV
  • 8 Noyabr 2020 16:49

“Şuşanın azad edilməsi azərbaycanlılar üçün ümumi bayramdır”.  Spacetv.az xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin qızı və Prezident İlham Əliyevin bacısı Sevil xanım Əliyeva  Şuşa şəhərinin erməni işğalından azad olunması ilə bağlı sevincini  bu sözlərlə  bölüşüb.

Xəbər verdiyimiz kimi, səhər tezdən Ali Baş Komandan Fəxri Xiyabanı ziyarət edərək Heydər Əliyev və Zərifə xanım Əliyevanın məzarları üzərinə gül dəstələri qoyub və Şəhidlər Xiyabanından xalqa müraciət edib.  Dövlətimizin başçısı müraciətində Şuşanı azad etmək üçün atasının vəsiyyətini yerinə yetirdiyinə görə bir oğul kimi fəxr etdiyini söyləyib.

Sevil Əliyeva, Prezident İlham Əliyevin 8 noyabrda Şuşanın azad edilməsi münasibətilə Azərbaycan xalqına müraciətini heyranlıqla dinlədiyini bildirib: “Mən də inanılmaz Sevinc yaşayıram, çünki bu gün ailəmiz üçün xüsusi bir gündür.  Bu, valideynlərimizin – Zərifə və Heydər Əliyevin toy günüdür. Qardaşım – Azərbaycan Prezidenti İlham Əliyevə bu müqəddəs tarixi bizim üçün belə böyük bir hadisə – Şuşanın azad edilməsi ilə qeyd etdiyinə görə hədsiz dərəcədə minnətdaram. Hamımızı təbrik edirəm !!!!!!!!!!!“.

Paylaş

 Xəbəriniz olsun