Sevgisi uğruna 6 ayda 212 kq arıqladı-FOTO

  • SpaceTV
  • 7 Avqust 2020 15:10

 Türkiyənin Zonguldak vilayətinin Alaplı qəsəbəsində yaşayan 22 yaşlı Akın Türkoğlu, artıq çəkisi səbəbindən sevdiyi qızla evlənə bilməyib. Spacetv.az-ın Türkiyə mediasına istinadla verdiyi xəbərə görə sevgilisinə qovuşmaqda israrlı olan gənc arıqlamağı qarşısına məqsəd qoyub və bunun üçün özünə proqram çizib. O, məqsədyönlülüyü və iradəsi nəticəsində 6 ay ərzində 212 kq arıqlayıb. Çəkisi 296 kq-dan 84-ə enən Türkoğlu, yeni həyatından çox məmnundur. Hər gün 25 km piyada gəzdiyini və bol su içdiyini söyləyən gənc, sevgilisi ilə münasibətlərə son qoyduğunu, gələcəkdə onu olduğu kimi sevən birinin yanında olmasını istədiyini deyib.

Qeyd edək ki, Akin Türkoğlu, həddindən artıq yemək istəyi səbəbindən  7 yaşından etibarən kilo almağa başlayıb. Son 15 ildə sürətlə kilo alan Türkoğlunun çəkisi 296 kq-a çatıb. Türkoğlu 8 illik sevgilisi ilə evlənməyə qərar versə də qızın ailəsi məhz Akının artıq çəkisi səbəbindən bu evliliyə qarşı çıxıb.

Paylaş

 Xəbəriniz olsun