Sevgilisi Ronaldunun evlilik təklifini qəbul etdi

  • Space TV
  • 7 Sentyabr 2020 22:49

İtaliya “Yuventus”unun futbolçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges portuqaliyalı futbolçunun evlilik təklifini müsbət cavablandırıb,

Spacetv.az “El Mundo” nəşrinə istinadən xəbər verir ki, o, 35 yaşlı hücumçu ilə ailə həyatı qurmağa razılıq verib.

Cütlük hələlik toyun tarixini müəyyənləşdirməyib. Amma bunun yaxın zamanda olacağı gözlənilmir. Onlar həmçinin nigah mərasimi təşkil etməyi də planlaşdırırlar.

Ronaldunun toydan sonra karyerasını bitirəcəyi gözlənilir. Forvard daha əvvəl bu barədə müsahibələrinin birində məlumat verib.

Qeyd edək ki, K.Ronaldunun 4 uşağı var. C.Rodriges futbolçunun Alana və Martina adlı qızlarının anasıdır.

Paylaş

 Xəbəriniz olsun