Şevçenko İvanovkadan video paylaşdı: “Rusiyada belə kənd qalmayıb” – VİDEO

  • Space TV
  • 15 Dekabr 2020 14:19

Rusiyalı siyasətçi, jurnalist, televiziya aparıcısı və ictimai xadim Maksim Şevçenko Azərbaycanın İvanovka kəndindən video paylaşıb.

O, “Instagram” hesabından etdiyi paylaşımda Azərbaycanda yaşayan rusların özlərini vətənlərindəki kimi hiss etməsindən yazıb:

“Çoxdan burada olmağı arzulamışam. Rusların Azərbaycanda-vətənlərindən kənarda necə yaşadıqlarını görmək və bilmək istəmişəm. Baxmayaraq ki, onlar buranı elə vətən sayırlar”.

Onun sözlərinə görə, Rusiyada belə kənd qalmayıb:

“Fəaliyyət göstərən kolxoz, təxminən min nəfərlik ən yeni məktəb, ən son standartlara uyğun tikilmiş uşaq bağçası, akt zalı olan bir mədəniyyət mərkəzi – Rusiyada praktiki olaraq belə kənd qalmayıb.

Burada rus xalqı Bakıda ən çox tələb olunan, ölkədə ən yaxşı süd məhsulları istehsal edir. İnsanlar varlı olmasalar da, ləyaqətlə yaşayırlar.

Videoda sakit, təmiz küçələr və səliqəli evlər boyunca cənazə aparılır.

Və bir neçə gün əvvəl, isə, bu rus kəndində Vətəninin azadlığı uğrunda şəhid olan son mənzilə yola salınmışdı. Yerli sakinlər anasının ağlamadığını – ancaq oğlunu qürur və böyük ləyaqətlə basdırdığını deyirlər”.

https://www.instagram.com/p/CIz99qaA-Ai/?utm_source=ig_embed

Paylaş

 Xəbəriniz olsun