Serxio Ramos “Yuventus” və PSJ ilə azad agent kimi müqavilə imzalaya bilər

  • SpaceTV
  • 13 Oktyabr 2020 16:58

Madridin “Real” klubunun müdafiəçisi və kapitanı Serxio Ramos 2021-ci ilin yayında “Yuventus” və “Pari Sen-Jermen” (”PSJ”) klubları ilə müqavilə imzalaya bilər.

Spacetv.az xəbər verir ki, bu barədə məlumatı “Football Italia” “El Chiringuito TV”yə istinadla yayıb.

Mənbənin məlumatına görə, “Yuventus” və “PSJ” ispan futbolçunun “Real” klubu ilə danışıqlarının gedişini diqqətlə izləyirlər. Ramos “Real”da 11,7 milyon avro məvacib alır.

Onun indiki müqaviləsinin müddəti gələn ilin iyununda bitir. Daha əvvəl Serxio bildirib ki, klubla yeni müqavilə imzalamaq naminə məvacibinin azaldılmasına hazırdır. Ramos “Kral klubu”nun idman şərəfini 2005-ci ildən qoruyur.

Daha əvvəl “Sevilya” klubunun heyətində oynayan futbolçu elə bu klubun yetirməsidir. Futbolçu “Real”ın heyətində 22 mükafat qazanıb, o cümlədən, dörd dəfə Çempionlar Liqasının, beş dəfə İspaniya çempionatının qalibi olub.

Paylaş

 Xəbəriniz olsun