Seroloji testlərin tətbiqinə başlanılıb- VİDEO

  • Space TV
  • 21 Avqust 2020 12:00

Ölkədə seroloji testlərin tətbiqinə başlanılıb. Testlər könüllü olaraq seçilmiş şəxslər arasında aparılır.

İnsan orqanizmi  normalda istənilən  xəstəliyə  qarşı  müqavimət gücünə malikdir  və belə olması da təbiidir. İmmunitet güclü olanda  çox vaxt  ən ağır  xəstəlik belə insan oqraniminə ciddi  təsir edə bilmir və yüngül ötüşür. Amma  əksi də olur. Zəif, immunitetsiz orqanizm xəsətliyə tez tabe olur və ağırlaşama yaranır. Nəzərə alsaq ki, günümüzün əsas problemi  koronavirus və onun yaratdığı  fəsadlardır, onda  bu haqda daha ciddi düşünməyə əsas  var.  Elə  ölkədə 3 gündür ki,  seroloji  testin  aparılmasının məqsədi də vətəndaşların sağlamlığının qeydinə qalmaq və onları təhlükələrdən qorumaqdır.

 Space TV-nin məlumatına görə, testlər təsadüfü seçilmiş  əhali qruplarını  əhatə etməklə  1650 nəfər  arasında   könüllük prinsipi ilə aparılır və bu məqsədlə seçilmiş  şəxslərə  çağrı  mərkəzindən  zəng edilir, testdən  keçməyə  razılıq  vermiş  şəxsin evinə  yaşadığı ərazi üzrə  poliknikadan  qan almaq üçün  xususi təlim keçmiş  tibb bacısı göndərilir. Onu da deyək ki, ilkin mərhələdə tədqiqatlar Bakı , Sumqayıt  və Gəncə şəhərlərində   dövlət hesabına  və ödənişsiz aparılır.  

Seroloji testlərin  aparılmasının bir üstünlüyü də odur ki, əhali arasında  virusa qarşı formalaşmış  immunitet  səviyyəsinin  öyrənilməsi  pandemiya  ilə mübarizə  üçün daha  doğru yanaşmalara   imkan verəcək.

Paylaş

 Xəbəriniz olsun