Sergey Narışkin: “Mendeleyev Rusiya kəşfiyyatının ən yaxşı casuslarından biri olub”

  • SpaceTV
  • 2 Dekabr 2020 11:41

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin kimyəvi elementlərin dövri sistemini yaratmış görkəmli elm adamı Dmitri Mendeleyevi XIX əsrdə Rusiya kəşfiyyatının ən yaxşı agentlərindən biri adlandırıb.

Spacetv.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Narışkinin sözlərinə görə, Mendeleyev Rusiyada piroksilin əsasında tüstüsüz barıtın təhlükəsiz istehsalını təşkil etmək üçün lazımi məlumatları əldə edib.

O, həmçinin İmperator Rus Tarixi Cəmiyyətinin birinci sədri Pyotr Vyazemskinin, coğrafiyaçı və tədqiqatçı Nikolay Prjevalskinin, yazıçı və diplomat Aleksandr Qriboyedovun da kəşfiyyat fəaliyyətində olduqlarını əlavə edib.

“Onların hamısı – bəzisi çox, bəzisi az dərəcədə – kəşfiyyat fəaliyyəti ilə məşğul olublar”, – deyə Narışkin vurğulayıb.

Paylaş

 Xəbəriniz olsun