Sergey Markov: “Erməni qoşunları artıq döyüşə bilmədilər”

  • Space TV
  • 10 Noyabr 2020 16:04

“Artıq Azərbaycan qoşunlarına qarşı mübarizə apara bilməyən Ermənistan ordusu Baş nazir Nikol Paşinyandan kapituliyasiya icazəsi istəyib”.

Spacetv.az xəbər veirr ki, bu barədə Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov “Vestnik Kavkaza”ya müsahibəsində deyib:

“Ermənistan ordusunun acınacaqlı vəziyyəti, hərbi məğlubiyyət Paşinyan tərəfindən belə bir qərara səbəb oldu. Şuşa tutulduqdan sonra erməni qoşunları, əslində, mühasirəyə alındı. Buna görə də Paşinyan təslim oldu. Bunu ordunun xahişi ilə etdiyini bildirdi, çünki hərbçilər daha döyüşə bilmədiklərini və hərbi əməliyyatların dayandırılmalı olduğunu deyiblər”.

Markov deyib ki, müharibənin belə bir nəticəsi münaqişənin sülh yolu ilə həlli üçün yaxşı perspektivlər açır:

“Bölgəyə sülh gələcək. Azərbaycan Dağlıq Qarabağ üzərindəki suverenliyini tamamilə bərpa edəcək”.

Makrov Azərbaycan və Naxçıvan arasında əlaqələrin açılmasının vacibliyini xüsusi vurğulayıb.

O bildirib ki, Rusiya bölgədə təhlükəsizliyin qarantı rolunu oynayacaq.

Paylaş

 Xəbəriniz olsun