Sergey Lavrov: “Ermənistan hakimiyyəti əhaliyə izah etməyə borclu idi ki…”

  • Space TV
  • 12 Noyabr 2020 16:48

“Ermənistan müxalifəti Dağlıq Qarabağla bağlı əldə olunan razılaşmanı spekulyasiya etməyə çalışır”.

Spacetv.az TASS agentliyinə istinadən xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bunu yerli və xarici media nümayəndələri qarşısında çıxış edərkən bildirib.

“Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun ömür boyu həmin vəziyyətdə qalacağı ilə bağlı illüziya olmamalı idi. Məsuliyyətli hakimiyyət əhaliyə izah etməyə borclu idi ki, bu nizamlanmanı hansısa mərhələdə uzun illər masa üstündə olan prinsiplərə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təkliflərinə müvafiq həyata keçirmək lazım gələcək.

Bu zaman münaqişənin qan tökülmədən nizamlanmasına ideal yol açılardı”, – deyə rusiyalı diplomat qeyd edib.

S.Lavrov əlavə edib ki, bütün kommunikasiyaların blokadadan çıxarılması bölgənin canlanmasına səbəb olacaq.

Paylaş

 Xəbəriniz olsun