Serbiya və Monteneqro səfirlərini qarşılıqlı şəkildə qovdular

  • Space TV
  • 30 Noyabr 2020 11:12

Monteneqro və Serbiya arasında diplomatik qalmaqal yaranıb.

Spacetv.az xəbər verir ki, bu barədə “Deutsche Welle” məlumat yayıb.

Sutka ərzində Podqoritsa və Belqrad qarşılıqlı olaraq səfirlərin qovulduğunu elan ediblər.

Xatırladaq ki, noyabrın 28-də Monteneqro XİN Serbiya səfiri Vladimir Bojoviçi “uzun illər ölkənin daxili işlərinə qarışmaq”da ittiham edərək arzuolunmaz şəxs elan edib. Cavab olaraq Serbiya tərəfi 72 saat ərzində Monteneqro səfiri Tarzan Miloşeviçin ölkəni tərk etməsini tələb edib.

Paylaş

 Xəbəriniz olsun