Serbiya millisini Bakıya gətirəcək baş məşqçi müəyyənləşdi

  • Space TV
  • 26 Yanvar 2021 15:17

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində rəqibi olan Serbiya yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Spacetv.az “Večernje Novosti” nəşrinə istinadən xəbər verir ki, komanda Draqan Stoykoviçə tapşırılıb.

Tərəflər arasında artıq razılıq əldə olunduğu və 55 yaşlı mütəxəssisin fevral ayından yeni işinə başlayacağı bildirilib. Onun millidəki illik məvacibi isə 1 milyon avro olacaq.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Serbiya, Portuqaliya, İrlandiya, Lüksemburq və Qətərlə birlikdə A qrupunda mübarizə aparacaq. Yığma serbiyalılarla ilk oyununu martın 30-da Bakı Olimpiya Stadionunda keçirəcək.

Paylaş

 Xəbəriniz olsun