Sentyabr ayında Berlində keçirilməsi nəzərdə tutulan marafon təxirə salınıb

  • SpaceTV
  • 23 Aprel 2020 10:32

Sentyabrın 26-27-də Almaniyanın paytaxtı Berlində keçirilməsi nəzərdə tutulan marafon koronavirus pandemiyası səbəbindən təxirə salınıb.

SPACE TV turnirin rəsmi saytına istinadla xəbər verir ki, bu addım yerli hökumətin ölkədə 5 min və daha artıq insanın iştirakı ilə nəzərdə tutulan tədbirlərə qoyduğu qadağa səbəbindən atılıb.

Yarışın yeni vaxtı barədə qısa müddətdə məlumat veriləcəyi vurğulanıb.

Qeyd edək ki, Berlin marafonu 1974-cü ildən bəri hər il təşkil olunur.

Paylaş

 Xəbəriniz olsun