Senatorlar ABŞ prezidentinin səlahiyyətlərini azaltmaq istəyir

  • Space TV
  • 5 Mart 2021 10:19

Amerikalı senatorlar prezidentin hərbi güc tətbiq etmə zamanı səlahiyyətlərini məhdudlaşdırmağı təklif edir.

Bu barədə TASS məlumat yayıb.

Sözügedən qanun layihəsinin müəllifləri demokrat Tim Keyn və respublikaçı Todd Yanq olub.

Qanun vericiliyə dəyişiklik təklifinə səbəb ABŞ Prezidenti Co Baydenin əmri ilə Suriyaya endirilən aviazərbələr olub.

“Aviazərbələr onu göstərir ki, icra hakimiyyəti partiyadan asılı olmadan öz hərbi səlahiyyətlərini genişləndirməyə davam edəcək”, – deyə Senatdan bildirilib.

Lahiyə müəlliflərinin fikrincə, hazırki qanunlar ölkəyə Yaxın Şərqdə 20 il ərzində “sonsuz müharibələr” aparmağa imkan verir.

Söhbət Konqresin ABŞ-da 2001-ci il terror aktlarından sonra qəbul etdiyi təşəbbüsün ləğvindən gedir. Müvafiq qərara əsasən ABŞ Prezidenti qanunverici orqanla razılaşdırılmadan hərbi güc tətbiq edə bilər.

Paylaş

 Xəbəriniz olsun