Seminarlar başa çatdı

  • SpaceTV
  • 17 Oktyabr 2019 19:39

Seminarlarda  Mərkəzi Seçki Komissiyasının üzvləri, dairə seçki komissiyalarının  sədrləri,  yerli icra hakimiyyəti, məhkəmə, prokurorluq və polis orqanlarının rəhbər  şəxsləri  tərəfindən təqdimatlar  keçirilib və müxtəlif mövzular ətrafında müzakirələr aparılıb. 29  saylı  Səbail  seçki dairəsində keçirilən seminarda  çıxış edən dairə seçki komissiyasının sədri Cahangir  Məmmədov  bildirdi ki, bu dairə  üzrə 30 daimi 1 isə müvəqqəti  olmaqla 31 seçki  məntəqəsi,  38 min 847 seçici var. 3 günlük  seminarda seçki məntəqə sədrlərinin  peşəkarlıq səviyyəsini artırmaq, səsvermə zamanı onların üzərinə düşəcək vəzifələrin icrası üçün təlimatlar verilib

Seminarın sonuncu günü 36 saylı Xətai 4-cü seçki dairəsində də toplantı keçirilib. Aidiyyatı  qurumların  və dairə üzrə bütün məntəqə sədrlərinin iştirakı ilə keçirilən seminarda  dairə  seçki komissiyasının  sədri Tahir Süleymanov vurğuladı ki, 36 seçki məntəqəsi üzrə 44476 seçici qeydiyyata alınıb və daha sonra dairə sədri tərəfindən aşağı seçki komissiyaları – məntəqə seçki komissiyalarının sədrlərinə təlimlər keçirilib.

30 saylı Suraxanı 1-ci seçki dairəsində keçirilən seminarda çıxış edən dairə seçki komissiyasının sədri Fikrət Məmmədov  bildirdi ki, bu dairə üzrə 27 seçki məntəqəsi, 36 min 831 seçici mövcuddur.Artıq 3 gün ərzində dairə üzrə bütün məntəqə sədrlərinə seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqat, bildirişlərin seçicilərə çatdırılması, icra və bələdiyyə qurumlarının seçki komissiyaları ilə qarşılıqlı əlaqələrinin qurulması, həmçinin seçki hüququ və onun təminatının qanunvericilik əsasları, məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri barədə seminar iştirakçıları ətraflı məlumatlandırılıb

Bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi seçki komisiyyası tərəfindən respublika üzrə dairə və məntəqə seçki komissiyalarının sədrləri  üçün təşkil olunmuş seminarlar bu gün başa çatıb.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun