Seminar-müşavirədə Mərkəzi Seçki Komissiyası və müvafiq məhkəmə orqanları təmsilçiləri tərəfindən “Vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onların araşdırılması qaydası”, “Seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” və “Məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat” mövzularında təqdimatlar keçirilib, seçki mübahisələrinin həllinə dair çıxışlar dinlənilib.
Bildirək ki, seçki mübahisələrinin həllində həsr olunan seminar-müşavirələri paytaxtda, Gəncədə, Şəkidə, Şirvanda və Naxçıvan Muxtar Respublikasında keçirilməklə bütün seçki dairələrinin dairə seçki komissiyalarını əhatə etməsi nəzərdə tutulur.
Zakir Muradov SPACE TV