Seminar keçirilib

  • SpaceTV
  • 4 Noyabr 2019 15:31

Seminarın keçirilməsində əsas məqsəd dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinin müraciətlərə baxılması ilə bağlı məlumatının artırılması, praktiki vərdişlərinin gücləndirilməsi olub. Seçki hüquqlarının pozulması ilə bağlı müraciət və şikayətlərə baxılarkən əsasən seçki komissiyalarının nəzdində yaradılmış ekspert qrupunun üzvləri tərəfindən başlıca olaraq hansı məqamlara diqqət ayrılması izah olunub. Bununla əlaqədar qanunvericiliyin əsasları, tələblər və prinsiplər dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinin diqqətinə çatdırılıb. Seminar iştirakçılarına xüsusən Seçki Məcəlləsində əksini tapmış bir çox məsələlər, şikayət vermək hüququna malik subyektlər, şikayətin obyekti, forması və məzmunu, seçki hüquqlarının pozulmasına dair şikayət verilmə müddəti, şikayətə dair qərar qəbul edilməsi müddəti, eləcə də müraciət və şikayətin qəbul olunmasından sonra növbəti prosedurlar ətraflı izah edilib. Seminarın praktiki hissəsində, həmçinin kazuslar üzrə müxtəlif şikayət və müraciət nümunələri nəzərdən keçirilib və aidiyyəti seçki komissiyalarının həmin şikayətlərə dair müvafiq qərarlarının qəbul edilməsi məsələlərinə baxılıb.

Seminarda Mərkəzi Seçki Komissiyasının üzvləri, həmçinin respublikanın 12 şəhər və rayonlarına aid 20 seçki dairəsi dairə seçki komissiyalarının hər birindən 3 ekspert qrupu üzvü olmaqla, ümumilikdə 60 nəfər aşağı seçki komissiyası rəsmisi iştirak edib. Sonda mövzular ətrafında müzakirə aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. İrimiqyaslı maarifləndirmə layihəsi kimi oktyabrın 29-da Gəncədə başlayan regional seminarlar Şəki, Masallı və sonda Bakı şəhərində keçirilməklə noyabrın 4-dək davam edəcək və ölkə üzrə 125 seçki dairəsi dairə seçki komissiyalarının bütün ekspert qrupu üzvlərini əhatə edəcək. Qeyd edək ki, bələdiyyə seçkiləri dekabrın 23-nə təyin olunub.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun