“Semaşko”nun rəhbərliyi işdən çıxarılıb

  • SpaceTV
  • 14 İyul 2020 17:37

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə 1 saylı Kliniki Tibbi Mərkəzin (“Semaşko”) direktoru Dadaşov Ədalət İmamcan oğlu öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Bu barədə space tv-a TƏBİB-dən məlumat verilib.

TƏBİB-in İdarə Heyəti sədrinin digər müvafiq əmri ilə Tibb üzrə fəlsəfə doktoru Qafarov İlham Heydər oğlu Xəstəxananın direktoru, Məsimov Hüseyn Məcid oğlu isə direktorun müalicə işləri üzrə müavini-baş həkim vəzifəsinə təyin edilib.

Paylaş

 Xəbəriniz olsun